...

Süni intellekt üçün sektor üzrə məsul dövlət orqanlarının fəaliyyəti əlaqələndiriləcək

Siyasət Materials 19 Mart 2025 13:54 (UTC +04:00)
Süni intellekt üçün sektor üzrə məsul dövlət orqanlarının fəaliyyəti əlaqələndiriləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda süni intellekt üçün sektor üzrə məsul dövlət orqanlarının (qurumlarının) fəaliyyəti əlaqələndiriləcək.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda öz əksini tapıb.

Tədbirin əsas icraçı qurumu kimi Nazirlər Kabineti təyin edilib. Digər icraçılar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və aidiyyəti dövlət orqanlarıdır (qurumlarıdır).

Fəaliyyətin icra müddəti 2026-2028-ci illəri əhatə edəcək.

Dövlət orqanlarının (qurumlarının) süni intellekt sahəsində potensialının və resurslarının qiymətləndirilməsi, müəyyən edilmiş hər bir prioritet sektor üzrə dövlət orqanları (qurumları) tərəfindən fəaliyyət planlarının hazırlanması, hazırlanmış fəaliyyət planlarının əlaqələndirilmiş şəkildə icra edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti