Bakı. Trend:
ATƏT Azərbaycan və Ermənistanın sərhədyanı ərazilərində minalardan təmizləmə işlərində iştirak etməyə hazırdır.
Trend xəbər verir ki, bunu aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında bildirib.
"Bizim minatəmizləmə sahəsində müvafiq təcrübəmiz var. Hər iki tərəf belə bir iradə ifadə edərsə, biz Ermənistan-Azərbaycan sərhədində minatəmizləmə işlərinə kömək etməyə hazırıq.
ATƏT iştirakçı dövlətlərin təşkilatıdır. Biz onların xidmətindəyik. Əgər həm Ermənistan, həm də Azərbaycan yardım xahişi ilə bizə müraciət edərsə, bizdə lazım olan hər şey var - alətlər, ekspertlər, yanaşmalar", - o deyib.