...

İndoneziyada Azərbaycanın müdafiə sənayesi qurumları ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib (FOTO)

Siyasət Materials 11 İyun 2025 18:18 (UTC +04:00)
İndoneziyada Azərbaycanın müdafiə sənayesi qurumları ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 11-də İndoneziyanın paytaxtı Cakarta şəhərində ötən ildən təxirə salınmış “Indo Defence 2024” sərgisi öz işinə başlayıb.

Müdafiə Sənayesi Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə müdafiə nazir Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Bildirilib ki, iki ildən bir təşkil edilən və Asiya-Sakit okean regionunda müdafiə sənayesi üzrə ən böyük tədbirlərdən biri olan “Indo Defence 2024” ilə paralel olaraq, “Indo Aerospace”, “Indo Marine” və “Indo Security” sərgiləri də keçirilir.

Tədbirin açılış mərasimində iştirak edən müdafiə sənayesi naziri V.Mustafayev daha sonra müxtəlif şirkətlərin stendlərini ziyarət edib.

Sərgi çərçivəsində nazir Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, milli müdafiə nazirinin müavini Şuay Alpay, həmçinin Türkiyənin “HAVELSAN”, “Turkish Aerospace”, “Roketsan”, Çinin CPMIEC, “NORINCO” və Birləşmiş Ərəb Əmirliklərinin “EDGE Group” şirkətlərinin rəhbərləri ilə görüşüb.

Görüşlərdə Azərbaycanın müdafiə sənayesi qurumları ilə əməkdaşlığın genişləndirilməsi və hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Jakarta International Expo” sərgi sahəsində təşkil edilən beynəlxalq tədbirdə quru qoşunları, dəniz və hava qüvvələri, kibermüdafiə, pilotsuz sistemlər və təhlükəsizlik texnologiyaları sahəsində geniş çeşidli texnoloji yeniliklər nümayiş etdirilir. Sərgi iyunun 14-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti