...

AZƏRBAYCANIN HƏRBİ DOKTRİNASI PAYIZADƏK HAZIR OLACAQDIR

Siyasət Materials 16 İyun 2005 13:27 (UTC +04:00)

"Hazırda Azərbaycanın hərbi doktrinasının hazırlanması üzərində iş davam etdirilir. Hesab edirəm ki, Milli Məclisin payız sessiyasında artıq bu sənəd müzakirə edilərək, qəbul ediləcəkdir". Bu haqda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Trend ə müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, bu ilin əvvəlində dövlət başçısının sərəncamı ilə yaradılmış işçi qrupuna kifayət qədər təcrübəli mütəxəssislər daxil edildiyindən, buraya əlavə olaraq xarici ekspertlərin cəlb edilməsinə ehtiyac yoxdur. "Qrup üzvləri iş prosesində dünya dövlətlərinin, bir sıra xarici ölkələrin hərbi doktrina sahəsindəki təcrübəsini öyrənməkdədirlər. Lakin bu o demək deyildir ki, Azərbaycanın hərbi doktrinası hansısa ölkənin bu sahədəki analoji sənədi olacaqdır. Əksinə, məqsəd ondan ibarətdir ki, mükəmməl bir sənəd ortaya çıxarılsın. Sözsüz ki,burada Azərbaycanın dövlətçilik maraqları öndə olacaqdır",- deyə ZiyafətƏsgərov vurğulamışdır.

Lakin vitse-spiker, ölkənin hərbi doktrinasını hazırlayan mütəxəssislərin hansı ölkənin təcrübəsindən istifadə etdiklərinə aydınlıq gətirməkdən yayınmışdır.

Xəbər lenti

Xəbər lenti