...

PARLAMENTƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏKLİFLƏR VERİLƏCƏK

Siyasət Materials 24 İyun 2005 12:14 (UTC +04:00)

Azərbaycan Konstitusiya Fondu korrupsiyaya qarşı mübarizə ilə bağlı layihə həyata keçirir. Bu barədə Trend ə Fondun prezidenti, millət vəkili Əliməmməd Nuriyev məlumat verib. O, bildirib ki, iyul ayından etibarən "Antenn" radiosunda ekspertlərin iştirakı ilə interaktiv formada korrupsiya mövzusuna həsr olunmuş müzakirələr, tok-şoular təşkil ediləcək. Müzakirələrdə korrupsiyaya qarşı mübarizə sahəsi ilə məşğul olan mütəxəssislər, Milli Məclisdən, qeyri-hökumət təşkilatlarından olan nümayəndələr iştirak edəcəklər. Vətəndaşlar da bu müzakirələrə cəlb olunacaqlar, onların suallarına cavab veriləcək.

Ə.Nuriyevin sözlərinə görə, interaktiv müzakirələrdə yeni ideyalar da meydana çıxa bilər. O, bildirib ki, görülən işlərin yekunu kimi sonda korrupsiya ilə mübarizə haqqında təkliflər hazırlanıb Milli Məclisə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti