...

İRAN-AZƏRBAYCAN BİRGƏ KOMİSSİYASININ TƏRKİBİNDƏ DƏYİŞİKLİKLƏR BAŞ VERİB

Siyasət Materials 15 İyul 2005 17:05 (UTC +04:00)

İqtisadi əməkdaşlıq üzrə İran-Azərbaycan birgə komissiyasının tərkibində dəyişikliklər baş verib. İranın Azərbaycavndakı səfiri Əfşar Süleymaninin Trend agentliyinə bildirdiyinə görə, bunun səbəbi yeni prezidentin seçilməsi ilə əlaqədar ölkə hökumətinin dəyişməsi ilə bağlıdır.

Onun sözlərinə görə, əgər əvvəlki hökumətin qərarı dəyişməsə, komissiyaya rəhbərlik yenidən İranın kooperasiya nazirinə tapşırılacaq. Xatırladaq ki, əvvəlki hökumətdə bu vəzifəni Əli Sufi tuturdu.

"Komissiyanın növbəti iclası yəqin ki, yeni hökumətin və buna müvafiq olaraq komissiyanın yeni tərkibinin formalaşmasından sonra keçiriləcək. Bu isə payızdan tez baş verməyəcək",- deyə, səfir qeyd edib.

Xəbər lenti

Xəbər lenti