...

ALDP SƏDRİ MİLLİ DEMOKRATİYA İNSTİTUTUNUN NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞMÜŞDÜR

Siyasət Materials 20 İyul 2005 17:24 (UTC +04:00)

İyulun 20-də "Liberal Azərbaycan" seçki blokunda təmsil olunan Azərbaycan Liberal Demokrat Partiyasının(ALDP) sədri Fuad Əliyev Milli Demokratiya İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Saşa Brüslə görüşmüşdür.Bu haqda Trend ə ALDP-nin mətbuat xidmətindən bildirilmişdir.

Görüşdə həmçinin, ALDP gənclər təşkilatının sədri Tərlan Həsənov və "Yeni dalğa" gənclər hərəkatının lideri Vüqar Əlişanbəyli iştirak etmişdir.

Parlament seçkilərnə qatılacaq namizədlərinin siyahısının artıq hazır olduğunu diqqətə çatdıran Fuad Əliyev, "Liberal Azərbaycan" seçki blokundan seçkilərdə 23 namizədin iştirak edəcəyini bildirmişdir. ALDP sədri, həmçinin, ABŞ-ın parlament seçkilərində keçirəcəyi "Exit-poll"u yüksək qiymətləndirmişdir.

Saşa Brüs isə öz növbəsində "Liberal Azərbaycan" seçki blokundan olan namizədləri MDİ tərəfindən təşkil olunacaq treninqlərdə iştirak etməyə dəvət etmişdir.

Xəbər lenti

Xəbər lenti