Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) avqustun 9-da Bakı-Supsa ("qərb" marşrutu) boru kəməri və Gürcüstanın Supsa Terminalında işi bərpa edib.Bu barədə Trend agentliyinə ABƏŞ-də bildirilib.
Bu sistemin işi avqustun əvvəlində planlı olaraq texniki xidmətin aparılması üçün dayandırılmışdı və bəzi avadanlıqlar əvəz edilmişdi.Planlı dayanma cari ildə ilk dəfə aparılırdı.
Sistemin işinin dayandırılması "Azəri-Çıraq-Günəşli" yatağında Azeri Light neftinin hasilatına təsir etməyib.ABƏŞ-in Supsa terminalında 1 mln.barel və Səngəçal terminalında isə 4 mln. Barelədək neft saxlamaq imkanı vardır.