Azərbaycanda gələcək parlament seçkiləri "narıncı" inqilaba çevrilə bilməz. Trend in məlumatına görə, bu barədə Azərbaycan dövlətinin başçısı "Russkiy Newsweek" jurnalının sonuncu nömrəsinə (№ 31) müsahibəsində bildirib. Müsahibə "İlham Əliyev: əsas balansı saxlamaqdır" başlığı altında dərc olunub.
Jurnalist Leonid Parfyonovun suallarına cavab verərkən Azərbaycan dövlətinin başçısı bildirib ki, parlament seçkiləri bir neçə səbəbdən "narıncı" inqilağba çevrilə bilməz.
"Əvvəla, Azərbaycan prezident respublikasıdır və hətta parlamentdə qüvvələr nisbətində dəyişiklik siyasi kursun dəyişdirilməsi demək deyil. İkincisi, islahatlar keçirildiyinə görə xalqda hakimiyyətə inam yaranıb. Son yarım il ərzində ÜDM 17% artıb, mənim hakimiyyətdə olduğum yarım il ərzində isə minimum əmək haqqı 3 dəfə artıb və bu son hədd deyil.
Ölkənni büdcəsi 60 faiz artıb. Üçüncüsü, bizim müxalifətin Birliyin digər ölkələrindəki müxalifətdən fərqi onların 92-93-cü illərdə hakimiyyətdə olmaları və sonra isə yıxılmalarıdır. Artıq 10 ildir ki, bunlar eyni mövqelərdə olan eyni adamlardır. Odur ki, Azərbaycanda çevriliş üçün real şərait yoxdur", - deyə İlham Əliyev qeyd edib.
Eyni zamanda, prezident bildirib ki, uğurlu dövlət ölkədə nə qədər karbohidrogenin olmasından asılı olmayaraq o, ictimai nəzarət olmadan qurulmur. "Mən buna tam əminəm və bu mənim siyasətimin prioritetlərindən biridir.
Lakin əhalinin 40 %-nin yoxsul olması və ilyarım əvvəl 50 % demokratikləşmənin olması adamları ilk növbədə narahat edən problemlər deyil. Bu gün Azərbaycanı bəli, yoxsulluq, daha sonra Dağlıq Qarabağ problemi, işsizlik, korrupsiya narahat edir.
Lakin aydındır ki, bu problemləri demokratik proseslərdən kənar həll etmək mümkün deyil. Bu ümumdunya tendensiyasıdır və heç kim bundan qaça bilməz. Və ən yaxşı variant bu proseslərə özünün rəhbərlik etməyindir", - deyə o qeyd edib.
İlham Əliyevin fikrincə, bu gün Azərbaycan cəmiyyətinin inkişaf səviyyəsi əlbəttə, ona Qərbi Avropa və Şimali Amerika siyasi standartlarını köçürməyə imkan vermir.
Amma inkişaf siyasəti yürütmək lazımdır, bü günkü hazırsızlıq belə vəziyyətə haqq qazandırmır. Real dünyanı dərk edən insan üçün əks istiqamət -konservatizm və öz ölkəni təcrid etmək və əlbəttə ki, məhv etməkdir.
Azərbaycanda 2003-cü il prezident seçkiləri məsəçləsinə toxunan İlham Əliyev qeyd edib ki, prezident seçkilərində uduzduğunu başa düşən müxalifət bunu etiraf etmək istəmədi və hakimiyyəti zorakılıq yolu ilə ələ keçirməyə cəhd etdi.
"Bizi həddən artıq sərt reaksiya göstərməkdə təqsirləndirirlər, lakin polisə hücum olunmuşdu, yük maşınları polislərin üzərinə sürülmüşdü. O zamankı atdığımız addımlar məcburi aksiya idi. Mən dialoq tərəfdarıyam və problemin küçələrdə deyil, masa arxasında həll olunmasının tərəfdarıyam.
Lakin müxalifət özünü bu seçkilərdə və ondan sonra necə aparacaq? Axı bu əslində seçkilər artıq 10-15 il öz kürsüsündə oturduğu "ştatlı müxalifət" üçün son şansdır, - deyə İ. Əliyev qeyd edib.
"Biz heç nədən çəkinmirik və biz Qərbə - ABŞ və Avropaya açığıq, hər şeydən əvvəl milyardlarla Amerika və ingilis investisiyaları, bizim beynəlxalq terrorizmlə mübarizədə fəal iştirakımız, Bu konyunktura deyil, ölkənin marağında olan siyasətdir.
Axı Sovet hakimyyəti illərindən sonra ilk dəfə olaraq Azərbaycan çox şəffaf perspektivli bir ölkə oldu: vətəndaş müharibəsi, Qarabağın Ermənistan tərəfindən işğalı və dünyaya inteqrasiya olmadan və Qərb investisiyaları olmadan biz bu situasiyadan çıxa bilmərik və biz bunu anlayırıq", - deyə Azərbaycan prezidenti qeyd edib.
Bakının xarici siyasət oriyentasiyasına toxunan İ.Əliyev bildirib: "Biz Ermənistandan fərqli olaraq, heç kim bizim dayağımız deyil. Biz real xarici siyasət aparırıq və o, qonşularla münasibətlərimiz balanslaşdırılıb. Ümumiyyətlə, bizim regionda əsas məsələ balansı saxlamaqdır.
Və İranla bizim etimad münasibətimiz var - məsələnə, buna misal kimi bizim Təbrizdə, Cənubi Azərbaycanın mərkəzində konsulluğumuzun açılmasını göstərə bilərik. Azərbaycanın erməni-Azərbaycan münaqişəsi kimi öz həllirin tələb edən qlobal problemi olacaq. Onun nizamlanması kontekstində biz daha fəal hərbi inteqrasiya variantını nəzərdən keçirə bilərik.
Ola bilər ki, siyasi patronun "böyük qardaşın" olması (köhnə və ya yeni) daha asandır. Lakin bu bizim ölkənin strateji maraqlarına cavab vermir. Sonda İlham Əliyev qeyd edib ki, o, özünü siyasətdən kənarda çox asan hiss edir. "Bu barədə mütləq fikirləşmək lazımdır, həyat hakimiyyətlə qurtarmır", - deyə prezident qeyd edib.