...

ABŞ DÖVLƏT DEPARTAMENTİ AZƏRBAYCANA 2005-Cİ İLDƏ AMERİKANIN YARDIMINI "XARAKTERİZƏ" EDİB

Siyasət Materials 30 Avqust 2005 14:23 (UTC +04:00)

ABŞ Dövlət Departamentinin beynəlxalq informasiya proqramları Bürosu Azərbaycana 2005-ci il maliyyə ilində Amerikanın yardımını "xarakterizə" edərək 2005-ci il avqustun 29-da "usinfo.state.gov" veb-saytında 2004-cü il oktyabrın 1-dən 2005-ci il 30 senytyabrına qədər olan dövrü əhatə edən arayış dərc edib.

Trend in məlumatına görə, sənəddə Azərbaycana enerji daşıyıcılarından gələn gəlirlərin gözlənilən artımını və 2005-ci ildə parlament seçkilərini dəstəkləməklə, 2005-ci maliyyə ilin Amerikanın bu ölkəyə yardımı azad və ədalətli seçkilərin keçirilməsinə əlavə olaraq neyt və qaz sənayesinin hesabına büdcəyə daxil olan gəlirlərin şəffaf idarə olunmasına yönəldildiyi göstərilib.

Bu demokratiyanın, şəffaf dövlət institutlarının möhkəmləndirilməsinə , iş yerlərinin yaradılmasına və hüquq qaydalarının və təhlükəsizlik orqanlarının potensialının yüksəldilməsinə uyğun gəlir.

Məlumata görə, həmin arayışın dərc edildiyi ana qədər Azərbaycana 2005-ci maliyyə ilində 70,5 milyon dollar təşkil edən ABŞ hökumətinini yardım proqramları aşağıdakı şəkildə bölüşdürülüb:

Demokratiya sahəsində proqramlar -9,7 milyn. dollar

İqtisadi və sosial islahatlar - 13,9 milyn. dollar

Təhlükəsizlik və hüquq qaydaları - 31,1 milyn. dollar

Humanitar yardım - 12,2 milyn. dollar

Sahələrarası təşəbbüslər - 3,6 milyn. dollar. (Bu rəqəmlər Müdafiə Nazirliyi yanında Təhdidlərin azalması üzrə Agentliiyn ödəmələrini nəzərə almır)

Azərbaycanda demokratiya sahəsində proqramlar qanunu aliliyinə, seçki prosesinin yaxşılaşdırılmasına, müstəqil KİV-ə yardım göstərilməsinə, vətəndaşların siyasi proseslərin iştirakında iştirakının genişləndirilməsinə və qeyri-hökumət təşkilatlarına (QHT) yardıma doğru istiqamətlənib.

Amerika yardımı peşəkar hüquqşünasların hazırlanmasını təmin etməyə, vətəndaş cəmiyyətinin korrupsiya ilə mübarizəsi bacarığını möhkəmləndirməyə, hüquqi islahatların aparılmasına və Azərbaycanın hüquq fakultələrinin ğtədris planının yaxşılaşdırılmasına yardım edir.

Ölkədə 2005-ci ilin noyabrında keçiriləcək parlament seçkilərinin azad və ədalətli keçirilməsi üçün ABŞ tərəfindən ayrılmış vəsait seçicilərin maarifləndirilməsini və onların səsvermədə iştirakına təşəbbüskarlığın artırılmasını, seçkilərdə beynəlxalq və yerli müşahidəçilərin işini, siyasi partiyalar üçün partiyadan kənar təhsil, seçkilərin əks olunması məsələləri və "exit poll"ların keçirilməsi ilə bağlı jurnalistlərin təhsili təmin edir.

Az miqdarda qrantların ayrıldığı proqramlar korrupsiya ilə mübarizədə və digər təşəbbüslərdə demokratiyanın inkişaf etməsi məqsədilə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi və üçün yerli QHT-i, hesabat verməli olan yerli özünüidarə orqanlarını, müstəqil KİV dəstəkləyir.

Yardım proqramları həmçinin təhsil proqramlarının maliyyələşdirilməsini və azərbaycanlı liderlərin növbəti nəslinin qarşılıqlı münasibətlərinin yoluna qoymaq və onlara bilavasitə demokratik bazar sisteminin gündəlik təcrübəsinin verməkdir.

1993-cu ildən ABŞ 2718 Azərbaycan vətəndaşının Birləşmiş Ştatlara menecment, əhaliyə sosial xidmət və QHT-in inkişafı ilə bağlı tədris və ya peşəkar mübadilə proqramları üzrə səfərlərinin maliyyələşdirib.

Özəl sektorun inkişafı ilə bağlı proqramlar kiçik və orta sahibkarlığın artımını genişləndirmək, onlara kreditlər təqdim etməkvə işgüzar məsləhətləşmələri və təhsili təmin etmək məqsədi daşıyır.

Kənd yerolərində yaşayan əhalinin gəlirlərinin artımına müsbət təsir göstərən kənd təsərrüfatı sektorunun inkişafına xüsusi diqqət ayrılır. Milli Banka yardım beynəlxalq standartların mühasibat hesabatlarına tətbiqi, onların nizamlanması və nəzarətin gücləndirilməsinə xidmət edir.

Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən proqram büdcə idarəetməsini yaxşılaşdırmağa və şəffaf yollarla xəzinədarlıq sisteminin avtomatlaşdırılmasının reallaşdırılmasını həyata keçirilməsindən ibarətdir.

ABŞ-ın Maliyyə Nazirliyinin müşavirləri həmçinin hökuməğə büdcə siyasəti və vergi sistemi sahəsində də yardım göstərirlər. Amerikanın yardım proqramları Azərbaycan hökuməti ilə elektrik enerjisi və qaz sənayesinin nizamlanması üzrə müstəqil orqanın formalaşması üzərində çalışırlar.

ABŞ Amerikanın ixrac mallarının və investisiyaların Xaricdə özəl investisiyalar Korporasiyası (OPİK) və İxrac-idxal bankı vasitəsilə Azərbaycanda dəstəklənməsini davam etdirir. ABŞ-ın Ticarətin inkişafı üzrə Agentlyinin müşaviri Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT)daxil olmasına kömək edir.

ABŞ-ın Müdafiə Nazirliyi və "İxrac nəzarəti və sərhədlərin müvafiq qorunması" (EKSOQ) yardım proqramı Azərbaycanın ixraca nəzarət, gömrük, hərböi və sərhədçilərin dəniz briqadaları orqanları ilə artmaqda olan silahlanmanın və digər qeyri-leqal ticarətin artması ilə mübarizə aparırlar.

2003-cü ildə Azərbaycan çoxmillətli Ukraynadakı elmi-texniki mərkəzə qoşulub ki, bu da əvvəllər silahlanma sahəsində azərbaycanlı alimlərə mülki sektorda işləməyə keçmək üçün Amerika qrantı almaq üçün ərizə verməyə imkan verir.

2005-ci maliyyə ilində ayrılmış vəsait azərbaycanlılara Azərbaycanın Milli elmi fondunun regional əməkdaşlığını stimullaşdıran əməkdaşlığa imkan verir

İnostrannoe voennoe finansirovanie obespeçit osnahenie i obuçenie voennoslujahix. Proqramma "Mejdunarodnoe voennoe obrazovanie i obuçenie" podderjivaet operativnuö sovmestimostğ putem prepodavaniə anqliyskoqo əzıka, çto pozvoləet Azerbaydjanu uçastvovatğ v mejdunarodnıx missiəx po obespeçeniö bezopasnosti i podderjaniö mira v İrake i Afqanistane.

Amerikanın Azərbaycana humanitar yardım proqramları xüsusi olaraq məcburi köçkünlərə, qaçqınlara və əhalinin digər yoxsul təbəqələrinə yardım üçün nəzərdə tutulub. Həmin proqramları yerli inkişafın, səhiyyənin və iqtisadi imkanların, biznesin inkişafı üzrə kadrların hazırlanması da daxil olmaqla köməkçi xidmətlərin inkişafına yönəlib.

Digər proqramlar maddi ehtiyacı olan əhaliyə xidmət edən tibb müəssisələrinin işini əhatə edir. 2005-ci maliyyə ilində 15 milyon dollarlıq mal nisbətən daha çox ehtiyacı olan əhali arasında bölüşdürülüb ki, onların arasında dərmanlar, preparatlar, tibbi avadanlıq və müvəqqəti yaşayış üçün yüklər və materiallar, ərzaq və paltar var.

Beynəlxalq İnkişaf üzrə ABŞ Agentliyi (AMR) həmçinin Ümumdünya ərzaq proqramları hümanitar əməliyyatlarının köməyi ilə köçkünlərə və əhalinin daha zəif təbəqələrinə ərzaq yardımı göstərib. Ötən il ABŞ-ın Kənd təsərrüfatı Nazirliyi "İnkişaf üçün ərzaq" proqramı üzrə Azərbaycanda işləyən təşkilatlara demək olar ki, 27 000 ton taxıl və 6000 ton paxlalı bitki göndərib. ABŞ Azərbaycanın minalardan təmizlənməsi üzrə humanitar işləri davam etdirir.

Azərbaycanda 2003-cü ildən bəri işləyə süloh korpusu bu ölkəyə orta məktəb səviyyəsindöə ingilis dili tədris edən 50-yə yaxın könüllü göndərib.

Xəbər lenti

Xəbər lenti