...

TÜRKİYƏ BEYNƏLXALQ TƏŞKİLATLARIN DAĞLIQ QARABAĞ ÜZRƏ QƏRARLARININ GERÇƏKLƏŞDİRİLMƏSİNƏ NAİL OLMAQ NİYYƏTİNDƏDİR

Siyasət Materials 30 Avqust 2005 18:36 (UTC +04:00)

Türkiyə ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə baxmayaraq hakim partiyalar arasında münasibətlər zəifdir. Trend bildirir ki, avqustun 30-da bu barədə Türkiyənin hakim ədalət və tərəqqi partiyası (ƏTP) sədrinin müavini Şaban Dişli Azərbaycan Milli Məclisinin spikeri Murtuz Ələsgərovla görüşdə bəyan edib. Ş.Dişlinin sözlərinə görə, əgər hakim partiyalar arasında əlaqələr dərinləşsə, onda bu, əməkdaşlığın digər sahələrinə də təsir edər.

M.Ələsgərov Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin bugünkü səviyyəsindən məmnunluğunu bildirib. O, əmin olduğunu bildirib ki, partiyalararası əməkdaşlığın inkişafı digər sahələrə, həmçinin Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi- Ərzurum enerji layihələrinin gerçəkləşdirilməsinə öz müsbət təsirini göstərəcək.

M.Ələsgərov Türkiyə tərəfinə beynəlxalq təşkilatların Dağlıq Qarabağ üzrə qərar və qətnamələr qəbul etməsi çərçivəsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.Bununla o, ümid etdiyini bildirib ki, qardaş Türkiyənin dəstəyi münaqişənin tezliklə sülh yolu ilə nizama salınmasına kömək edəcək. Ş.Dişli deyib ki, Türkiyə tərəfi yalnız qərarların qəbul edilməsi ilə kifayətlənməyəcək və bu qərarların gerçəkləşdirilməsinə nail olacaq.

Xəbər lenti

Xəbər lenti