Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 9-da Yardımlı rayonuna səfəri çərçivəsində yeni tikilmiş stadionun, o cümlədən 150 nəfərin işlə təmin olunduğu xalçaçılıq sexinin açılışında iştirak edib.
Daha sonra İ.Əliyev Yardımlı şəhər ticarət mərkəzində olub. Prezidentin rayona səfəri Zərifə Əliyeva adına uşaq bağçasına baş çəkməklə başa çatıb.