Vətəndaşlarnın sərbəst toplaşmalarının təmin olunması məsələləri ilə öhdəçiliyin götürülməsi və ya razılaşmanın imzalanması mövcud qanunvericiliyə birbaşa hörmətsizlik olardı. Trend in məlumatına görə, belə bir bəyanatla sentyabrın 12-də ATƏT-in Bakı nümayəndəliyinin təşkil etdiyi seminarda iqtidardakı "Yeni Azərbaycan" partiyasının icraçı katibi Əli Əhmədov çıxış edib.
Onun sözlərinə görə, sərbəst toplaşmaq hüququ respublika Konstitusiyası və eləcə də "Sərbəst toplaşmaq barədə" qanunla möhkəmdləndirilib. Odur ki, artıq müvafiq qanun mövcud olduğundan, Əloi Əhmədovun fikrincə, bu barəçdə hər hansı bir razılaşmanın imzalanması yersizdir və buna ehtiyac yoxdur.
YAP-ın icraçı katibi qeyd edib ki, müxaklifətlə dialoqa hörmətlə yanaşır. Bu zaman xatırladıb ki, məhz "Yeni Azərbaycan" partiyası onun həyata keçirilməsi təşəbbüsü ilə çıxış edib. "Seminara gələrkən fikirləşirdim ki, tədbirdə xaric
Dən maliyyələşmə məsələləri müzakirə olunacaq. Amma biz əslində bu mövzuya heç toxunmadıq", -deyə Ə.Əhmədov qeyd edib. Onun sözlərinə görə, şəxsən o özü bu məsələni ATƏT-in Bakı nümayəndəliyininÖ səfir Maurisio Pavesi qarşısında qaldırıb. Cavabında ona bildiblər ki: "Bu mövzu ilə bağlı seminar ATƏT tərəfindən yaxın zamanlarda təşkil ediləcək".
"Bu cür tədbirlər ictimai dialoqun inkişafına müsbət təsir göstərirvə mənə elə gəlir ki, bu cür seminarlar davam etdirilməlidir. Biz iqtidarda olan bir partiya kimi dialoqu dəstəkləyirik və hesab edirəm ki, tərəflər birgə səy göstərərək yaranmış vəziyyətdən çıxış yolu tapacaqlar".