...

ALDP SƏDRİ KİYEVƏ GEDƏCƏK

Siyasət Materials 23 Sentyabr 2005 20:08 (UTC +04:00)

"Sentyabrın 30-da Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev "Liberal Avropa" adlı dəyirmi masada iştirak etmək üçün Kiyevə gedəcək". Bu barədə Trend ə ALDP sədri Fuad Əliyev bildirib.

Dəyirmi masanın keçirməsində əsas məqsədin Avropada liberal dəyərlərin qorunmasına aid ediləcəyini qeyd edən F.Əliyev təşəbbüsün Azərbaycan tərəfindən verildiyi və Ukrayna Liberal Demokrat Partiyasının sədri İqor Duşin tərəfindən bəyənildini də bildirib: "Dəyirmi masanı iki partiya birgə təşkil edəcək".

Tədbirdə Belorus, İsrail, Moldova və Bolqarıstan Liberal Demokrat Partiya rəhbərlərinin iştirak edəcəyini bildirən F.Əliyev onu da əlavə edib ki, toplantıda Dağlıq Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti məsələsi də gündəliyə salınacaq. Ermənistanın dəyirmi masada iştirak etməməsinin səbəbinə gəlincə: "Onlar tədbirə dəvət olunmayıb" - deyə F.Əliyev cavab verib.

Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin rəhbəri olduğu Rusiya Liberal Demokrat Partiyası dəyirmi masada müşahidəçi qismində iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti