...

İQTİDARLA MÜXALİFƏT KÜTLƏVİ AKSİYALARLA BAĞLI RAZILIĞA GƏLMƏDİLƏR

Siyasət Materials 26 Sentyabr 2005 19:42 (UTC +04:00)

Sentyabrın 26-da Beynəlxalq Mətbuat Mərkəzində iqtidarla müxalifət nümayəndələri arasında növbəti görüş keçirilib. Trend in məlumatına görə, görüşdə Prezident Aparatı ictimai siyasi şöbənin müdiri Əli Həsənov, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi Əli Əhmədov, müxalifət tərəfindən AXCP sədrinin müavini Fuad Mustafayev, Müsavat Partiyası başqanının müavini Arif Hacılı, "Azadlıq" blokunun namizədi Pənah Hüseyn, ADP ..., həmçinin ATƏT-in Azərbaycan nümayəndəliyinin rəhbəri Maurisio Pavesi iştirak ediblər.

Görüşdən sonra mətbuat konfransı keçirən Əli Həsənov qeyd edib ki, hakimiyyət nümayəndələri müxalifətin şəhərin mərkəzi meydanlarında kütləvi aksiyalar keçirmək istəyinə münasibət bildiriblər. Ə.Həsənov deyib ki, müxalifətçilər mitinqlərinin izdihamlı olduğunu, aksiya iştirakçılarının artıq "Qələbə" meydanına sığışmadığını, ona görə də paytaxtın digər meydanlarda aksiya keçirmək istədiklərini bildiriblər. Buna görə də Bakı Şəhər İcra Hakimiyyətinə 6 marşrut təklif ediblər. Ə.Həsənovun sözlərinə görə, bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti və müvafiq dövlət orqanları həmin meydanlarla bağlı araşdırma aparıblar. Araşdırmaların nəticəsində belə məlum olub ki, "Azadlıq" meydanı istisna olmaqla olmaqla, digər 5 meydan sahəsinə görə "Qələbə" meydanından bir neçə dəfə kiçikdir. "Azadlıq" meydanı isə dövlət statuslu meydan olduğuna orada yalnız dövlətin rəsmi tədbirləri keçirilə bilər. Bu meydan hər hansı digər tədbirlər üçün bağlıdır.

"Müxalifətin özlərinin bəyan etdiyi kimi, çoxsaylı insan kütləsini sığdırmaq üçün meydan axtarırlar. Lakin belə məlum oldu ki, 10 minlərlə insanın yerləşə biləcəyi meydan Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi 3 meydandır"-deyə Əli Həsənov qeyd edib.

O, əlavə edib ki, sözügedən görüşdə hakimiyyət nümayəndələri müxalifətçilərə daha iki yeni marşrut təklif ediblər: Xətai rayonu ərazisində Həzi Aslanov metrosundan başlayaraq 12 min kvadrat metrlik "Ukrayna" meydanına qədər yürüş-mitinq. Həmçinin Nizami rayonu ərazisində Neftçilər metrosundan başlayaraq 10 min kvadrat metr ərazisi olan "Azərneftyağ" zavodunun meydanına qədər yürüş-mitinq keçirilməsi təklif olunub. Hakimiyyət təmsilçiləri "Azadlıq" blokunun özünün təklif etdiyi 6 meydanda isə aksiya keçirmək imkanının olmadığını bildiriblər: "Bu meydanlarda onlara aksiya keçirməyə şərait yarada bilmədiyimizə görə təəssüfləndiyimizi diqqətə çatdırdıq. Müxalifətçilər isə hakimiyyətin təkliflərini qəbul etməyəcəklərini və seçkiyə qədər qalan 40 gün ərzində hər həftə şəhərin özləri bəyan etdikləri yerlərində aksiyalar keçirəcəklərini dedilər. Hesab edirik ki, seçkiqabağı bu qarşıdurma seçkiqabağı vəziyyəti gərginləşdirmək üçün əvvəlcədən düşünülmüş tədbirlər sırasına daxildir. Müxalifət partiyalarının namizədləri də daxil olmaqla seçkidə iştirak edən 2 minə yaxın namizədlər üçün hər bir rayonun ərazisində qapalı və açıq yerlərdə seçiciləri ilə görüşlər keçirməsinə şərait yaradılacaq. Namizədlərin bu müəyyən olunmuş yerlərdə öz seçiciləri ilə görüşlər keçirməsinə heç bir məhdudiyyət qoyulmur. Həftədə bir dəfə bu partiyalar ayrı-ayrı rayonlardan aksiyada iştirak etməsi üçün müəyyən sayda insanları gətirirlər. Biz onlara izah etdik ki, onsuz da nəqliyyatla adamları bölgələrdən gətirirsiz, onları gətirib şəhərin sizə ayrılan geniş geniş meydanına yığmaq imkanınız var. Təəssüf ki, danışıqların sonunda razılaşmaya gəlmədik"-deyə Əli Həsənov qeyd edib.

Xəbər lenti

Xəbər lenti