...

FRANSANIN SƏFİRİ GƏNCƏDƏ

Siyasət Materials 26 Sentyabr 2005 20:04 (UTC +04:00)

Bu gün Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rolan Blatman bir qrup iş adamı ilə Gəncə şəhərində qonaq olub. İlk olaraq şəhər içra başçısı Eldar Əzizovla görüşən səfir fransalı iş adamlarının turizm və Qida sənayesi sahəsində iş birliklərinin mümkün variantları müzakirə edib. Günün birinçi yarısı Rolan Blatman həmçinin fransız dilində təhsil alan Gəncə Dövlət Universitetinin bir qrup tələbə və müəllim kollektivi ilə görüşüb.

"Mən çox fəxr edirəm ki, bu gün Bakı, Gəncə, Naxçıvan, və Lənkəranda fransız dili tədris olunur. Bu gün bizim sizinlə görüşümüzün məqsədi aramızda mövçud olan dostluq münasibətlərini möhkəmləndirmək məqsədi daşıyır". Tədbirin axırında problemlər , təkliflər tələbələri maraqlandıran suallar səsləndirildi. Xüsusi vurğulandı ki, bu gün fransız dilində ədəbiyyatların olmaması və orta məktəblərdə bu fənnin tədris olunmaması tələbələrə maneçilik törədir. Məlumat üçün nəzərinizə çatdıraq ki, Gəncə dövlət universitetində fransız dilli 51tələbə, 5 magistr Strasburqda təhsil alır.

Onun sözlərinə görə, Fransanın Kastel qrupu burada Gəncə pivə Açıq tipli Səhmdar Cəmiyyəti ilə əməkdaşlığını davam etdirərək üzüm tingləri gətirib fransız texnologiyası ilə Gəncədə beçərmək istəyir.

Daha sonra səfir Gəncə şərab 2 Açıq tipli Səhmdar Cəmiyyətinə yollandı. Müəssisənin işləmə mexanizmi, həmçinin oranın istehsalı olan müxtəlif növlü çaxırlarla tanış oldu.

Xəbər lenti

Xəbər lenti