...

Rəsul Quliyev Kiyevə yola düşüb

Siyasət Materials 20 Oktyabr 2005 15:46 (UTC +04:00)

(İTAR-TASS) - Bu gün Simferopol məhkəməsi tərəfindən həbsdən azad olunan Azərbaycan Demokratik Partiyasının lideri Rəsul Quliyev günün ikinci yarısı Kiyevə yola düşüb. Bu barədə müxalifətin "Azadlıq" blokunun nümayəndəsi Əvəz Kazımov məlumat verib. O, hələlik Azərbaycan müxalifətinin liderinin gələcəkdə hansı addımları atacağını bilmir. "Biz məsləhətləşirik ", - deyə Kazımov bildirib.

Bu gün Simferopol məhkəməsi Azərbaycanın R.Quliyevin həbs edilməsi barədə xahişinin siyasi motivli olduğunu qərara alaraq Quliyevi həbsdən azad edib. Bundan başqa, məhkəmə qərara alıb ki, Quliyevə qarşı cinayət işinin qaldırılması və onun saxlanılması sənədlər notariusda təsdiq olunmayıb və hakimlər tərəfindən imzalanmayıb. Məhkəmə həmçinin, Quliyevdə onun həbs olunması üçün hüquqi əsasın olmadığını göstərən Ukrayna vizasının olduğunu da bildirib.

Oktyabrın 17-də milis Simferopolun hava limanında Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan Quliyevi həbs edib. Quliyev iri məbləğdə əmlakı mənimsəməkdə və israfçılıqda, vəzifə saxtakarlığında, vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.

Eyni zamanda, Azərbaycan müxalifətinin lideri Quliyev ABŞ-da siyasi qaçqın statusuna malikdir və ona qarşı irəli sürülən bütün ittihamların siyasi motivli olduğu hesab edir.

Xəbər lenti

Xəbər lenti