"Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Mərkəzi Seçki Komissiyası qarşısında planlaşdırdığı etiraz aksiyasına icazə verməyib". Bu barədə Trend ə adıçəkilən partiyanın sədri Fuad Əliyev bildirib.
Qeyd edək ki, ALDP noyabrın 22, 24 və 26-da müxtəlif vaxtlarda Mərkəzi Seçki Komissiyası qarşısında etiraz aksiyaları planlaşdırıb.
Bakı meriyası adıçəkilən partiyaya ünvanladığı müraciətdə bildirib ki, seçkilərin nəticələri ilə bağlı MSK-nın son qərarı olmadığından və qanun pozuntuları ilə bağlı araşdırmalar aparıldığından aksiyalara ehtiyac görülmür.