...

Azərbaycan prezidenti İranın XİN başçısını qəbul edib

Siyasət Materials 28 Noyabr 2005 18:39 (UTC +04:00)

Azərbaycan və İran arasındakı münasibətlər bundan sonra da uğurla inkişaf etdiriləcək. Trend bildirir ki, noyabrın 28-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə İranın xarici işlər naziri Mənuçöhr Mottəki bu barədə bəyan edib.

Nazir İran prezidentinin salamını çatdırıb və ikitərəfli münasibətlərin dinamikasından məmnunluğunu ifadə edib.O, Azərbaycan prezidentini parlament seçkilərinin uğurlu keçirilməsi münasibətilə təbrik edib.

İ.Əliyev ilin əvvəlində Tehranda keçirilmiş rəsmi səfəri barədə danışaraq qeyd edib ki, imzalanmış sənədlər ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün möhkəm əsas yaradır və münasibətlər inkişaf etdirilir. O, imzalanmış iqtisadi sazişlərin uğurlu inkişafı ilə bağlı məmnunluğunu bildirib.

Xəbər lenti

Xəbər lenti