...

Konstitusiya məhkəməsində parlament seçkilərinin yekunlarının təsdiqlənməsinə dair Plenum keçirilib

Siyasət Materials 1 Dekabr 2005 12:57 (UTC +04:00)

Dekabrın 1-də Azərbaycan Respublikasının Konstitusiya məhkəməsində 6 noyabr parlament seçkilərinin yekun protokollarının yoxlanılması və təsdiqlənməsinə dair Plenum iclası keçirilib. Trend xəbər verir ki, iclasda əsas hakim Konstitusiya məhkəməsinin sədri Fərhad Abdullayev olub.

Plenum iclasında MSK-nın sədri Məzahir Pənahov, həmçinin MSK-nın katibi Natiq Məmmədov, üzvlər Ənvər Əliyev, Mənsum Bayramov, MSK sədrinin birinci müavini Svetlana Qasımova, Bakı dövlət universitetinin ekspertləri Mübariz İsmayılov, Şiraslan Yusifov, Dövlət statistika komitəsinin eksperti Elman Qasımov, həmçinin hakimlər Ələddin Sultanov, Bəhman Qəribov çıxış ediblər.

MSK sədri Məzahir Pənahov 6 noyabr 2005-ci ildə keçirilmiş parlament seçkiləri barədə məlumat verib. O bildirib ki, parlament seçkisində 50 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb, seçkini izləyən 16 min müşahidəçi MSK tərəfindən, 40 min müşahidəçi isə dairə seçki komissiyaları tərəfindən qeydə alınıb. O həm də bildirib ki, MSK-ya seçkilərlə bağlı 538 şikayət daxil olub, 4 seçki dairəsində nəticələr ləğv edilib.

Mənsum Bayramov və Ənvər Əliyev çıxışlarında seçkidə yol verilən qanun pozuntuları barədə məlumat verib və nəticələrin ləğvini zəruri hesab etdikləri dairələrin adlarını çəkiblər. Elman Qasımov seçkinin yekun protokollarındakı nöqsanlar, qanun pozuntuları barədə məlumat verib. Hakim Ələddin Sultanov Azərbaycan Konstitusiyasına və Seçki məcəlləsinə əsasən seçkinin keçirilməsinə dair bütün proseduralar barədə məlumat verib.

Çıxışlardan sonra hakimlər korpusu fasilə elan edib və müşavirəyə gedib.

Xəbər lenti

Xəbər lenti