...

İlham Əliyev Birləşmiş Ərəd Əmirliklərinin prezidentinə təbrik məktubu göndərib

Siyasət Materials 1 Dekabr 2005 19:33 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti şeyx Xəlifə bir Zaid əl- Nəhyana təbrik mətbutu göndərib. Bu barədə Trend ə Prezident Aparatından məlumat verilib.

İlham Əliyev məktubunda Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibəti ilə Xəlifə bir Zaid əl- Nəhyanı və onun simasında xalqını təbrik edib, ən xoş arzularını çatdırıb. İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və əməkdaşlıq münasibətləri, xoş ənənələr mövcuddur. "Əminəm ki, xalqlarımızın daha ahəngdar inkişafına nail olmaq üçün biz öz üzərimizə düşən missiyası layiqincə yerinə yetirəcəyik"-deyə Azərbaycan prezidenti qeyd edib.

Xəbər lenti

Xəbər lenti