...

İlham Əliyev: "Azərbaycanda narıncı inqilablar üçün zəmin yoxdur"

Siyasət Materials 2 Dekabr 2005 14:38 (UTC +04:00)

"Azərbaycanda narıncı inqilablar üçün zəmin yoxdur. Mən bu barədə hələ 6 noyabr seçkilərindən qabaq söyləmişdim və bu seçkilər Azərbaycan xalqının hakim partiyanın kursuna sadiqliyini bir daha təsdiq edib". Trend in xəbər verdiyi kimi, bu barədə prezident İlham Əliyev dekabrın 2-də Azərbaycanın üçüncü çağırış parlamentinin birinci iclasında bəyan edib.

Onun sözlərinə görə, hakimiyyət dəyişikliyinin baş verməsi üçün ciddi ictimai-sosial zəminlər, xüsusilə hakimiyyətlə xalq arasında uçurum, güclü müxalifət və cəsarətli müxalifət lideri olmalıdır. Lakin Azərbaycanda bu amillərdən heç biri yoxdur və xalq hakimiyyətə inanır.

Dövlət başçısı bildirib ki, Azərbaycanın iqtisadi potensialı ildən ilə artır, son 10 il ərzində iqtisadi artım 23% təşkil edib. Büdcə göstəricisi 67% artaraq 4 mlrd dollara çatıb. 2006-cı ildə 300 min yeni iş yerinin açılması planlaşdırılır. "Biz bəzi müxalifət liderlərinin dəfələrlə qeyd etdiyi kimi, heç vaxt boş vədlər verməmişik. Onlar əmək haqlarının 200 dollara qədər artırılmasını vəd edirdi, lakin bunlar xalqı təhqir edən boş vədlərdir. Biz və xalq dövləti qarət edən şəxslərin hakimiyyətə gəlməsinə yol verməyəcəyik", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti