...

Rasim Musabəyov: "Seçkidə qalib gəlib sonra parlamenti boykot etmək heç nəyi dəyişməyəcək"

Siyasət Materials 8 Dekabr 2005 17:52 (UTC +04:00)

"Seçkidə qalib gəlib sonra parlamenti boykot etmək taktikası heç nəyi dəyişməyəcək". Bu fikirləri "Trned" ə açıqlamasında Müsavat Partiyasının keçmiş fuksioneri Rasim Musabəyov bildirib. O, seçkidə qalib gəlmiş, lakin deputat mandatından imtina edən müxalifətçilərin bu addımına münasibət bildirərkən deyib ki, boykotçu yeni deputatlar bunun heç nə əldə etməyəcəklər: "Əgər seçiliblərsə, parlamentdə iştirak etmək lazımdır. İndi parlamenti boykot etmək yox, növbəti seçkinin demokratik keçirilməsi təmin etmək, seçkinin müşahidəsini aparmaq barədə düşünmək lazımdır. 10 dairə üzrə təkrar seçkilərdə də iştirak etmək vacibdir"-deyə R.Musabəyov bildirib.

Özünün təkrar seçkidə iştirak edib-etməyəcəyinə gəldikdə, R.Musabəyov bu barədə hələ qərar vermədiyini deyib. Bununla yanaşı o, seçkidə təkrar iştirakı özü üçün məqbul saymadığını bildirib: "Amma heç nə istisna deyil. Əgər təkrar seçkidə iştirak etsəm, Bakı ərazisindəki dairələrdən birindən namizədliyimi verəcəm"-deyə R.Musabəyov qeyd edib.

Xəbər lenti

Xəbər lenti