"Vidadi Mahmudlu öz hərəkətləri ilə MSK üzvlərinin müstəqilliyini bir daha sübut etdi". Trend məlumat verir ki, bu barədə jurnalistlərlə söhbətində Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bəyan edib.
"MSK üzvlərinə təzyiq göstərmək sadə, asan məsələ deyil. Çünki bu insanlar ictimaiyyət tərəfindən artıq özləri haqqında fikir formalaşdırmış insanlardır", - deyə o bildirib.
M.Pənahov MSK üzvlərinin ələ alınması ilə bağlı mətbuatda dərc olunan informasiyalara da münasibət bildirib və qeyd edib ki, informasiyaların yayılması təbii haldır.