...

Azadlıq bloku dekabrın 18-də nəzərdə tutulan aksiyanı keçirmək niyyətindədir

Siyasət Materials 14 Dekabr 2005 19:19 (UTC +04:00)

"Biz Bakı Şəhər İcra Hakimiyyəti müraciətimizə müsbət cavabını gözləmədən dekabrın 18-də sərbəst toplaşmaq hüququmuzu gerçəkləşdirə bilərik". Trend in məlumatına görə, bu fikirləri "Azadlıq" blokunun həmsədri, Müsavat Partiyasının başqanı İsa Qəmbər dekabrın 14-də keçirdiyi mətbuat konfransında səsləndirib.

İsa Qəmbər deyib ki, blok liderlərinin ümumi qərarı vətəndaşların Konstitusiyanın 49-cu maddəsi ilə təsbit olunmuş sərbəst toplaşmaq hüququnu təmin etməkdən ibarətdir. Buna görə də liderlər dekabrın 18-də nəzərdə tutulan aksiyanı keçirmək niyyətindədir.

İsa Qəmbər həmçinin bildirib ki, indiki mərhələdə Müsavat Partiyasını təmsil edən deputatların Milli Məclisdə iştirakı məqsədə uyğun deyil.

Xəbər lenti

Xəbər lenti