...

Deputatlar dekabrın 30-da qış tətilinə çıxacaqlar

Siyasət Materials 16 Dekabr 2005 11:55 (UTC +04:00)

"Parlamentin üzvləri dekabrın 30-dan qış tətilinə çıxacaqlar". Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Aqşin Babayev bildirib.

A.Babayev bildirib ki, parlament ildə iki dəfə yaz və qış sessiyalarına toplanır. Qış tətilinə çıxan millət vəkilləri iki ay istirahət edəcəklər: "Deputatlar martın 1-də yaz sessiyasına qayıdacaqlar".

A.Babayev onu da vurğulayıb ki, yaz sessiyası martın 1-dən iyunun 30-dək davam edəcək: "Komissiyalar isə yanvarın 15-dən fəaliyyət göstərib yaz sessiyasına qədər qanun layihələrini hazırlayacaqlar".

Xəbər lenti

Xəbər lenti