...

İqbal Ağazadə: "Mənə qarşı hücümlar Azərbaycan Xalq Cəbhəsi (islahatçılar) Partiyasındandır"

Siyasət Materials 27 Yanvar 2006 13:26 (UTC +04:00)

"Mənə qarşı hücümlar Azərbaycan Xalq Cəbhəsi Partiyasından (islahatçılar) başlanıb". Bu barədə Trend ə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

Qeyd edək ki, AXCP-yə (i) yaxın olan mətbu orqanlarında İ.Ağazadənin yanvarın 17-23-də Türkiyəyə səfəri çərçivəsində bu ölkənin müxalifəti ilə məxfi toplantılar keçirdiyi və eyni zamanda bu ərəfədə Türkiyəyə rəsmi dəvət alan YAP nümayəndə heyətinin rəhbəri ilə görüşlər keçirdiyi barədə məlumatlar verilib.

İ.Ağazadə qeyd edib ki, yazılanların hamısı böhtandır: "Azərbaycan cəmiyyətində belə halların tez-tez şahidi oluruq. Biz heç vaxt iqtidar nümayəndələri ilə separat danışıqlara getməmişik. İkincisi də əgər belə niyyətimiz var idisə, bunu Türkiyədə yox, elə Bakıda həyata keçirə bilərik".

Partiya sədri ona qarşı yönələn hücumların "Azadlıq" qəzetində dərc edildiyini qeyd edərək, bu ssenarinin də məhz AXCP (i) -də hazırlandığını istisna etməyib: "Ancaq butun bunlar mənim tutduğum mövqeyə və şəffaf fəaliyyətimə heç bir təsir göstərməyəcək".

Qeyd edək ki, belə hücümlara İ.Ağazadə ilə birgə Türkiyədə səfərdə olan Müsavat Partiyası sədrinin müavini Rauf Arifoğlu da tuş gəlib.

Xəbər lenti

Xəbər lenti