...

Qarşıdakı Azərbaycan-Rusiya biznes-forumunun gündəliyinə 10-a yaxın məsələ daxil edilib

Siyasət Materials 9 Fevral 2006 15:35 (UTC +04:00)

Fevralın 21 də Bakının Gülüstan sarayında Azərbaycanda Rusiya İlinin açılışı çərçivəsində keçiriləcək 2-ci Azərbaycan-Rusiya biznes-forumunun gündəliyinə 10-a yaxın məsələ daxil edilib. Bu barədə Trend ə " Ümumrusiya sərgi mərkəzi" Dövlət Səhmdar Cəmiyyəti ASC-dən məlumat verilib.

Forumu Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin açacağı gözlənilir. Proqrama görə, dləyirmi masalar və seminarlar fevralın 22-23-də Bakı biznes-mərkəzində, İqtisadi İnkişaf Nazirliyində, H.Əliyev adına idman- sərgi kompleksində keçiriləcək. Forumun işində 500-ə yaxın biznesmenin və Azərbaycan və Rusiyanın müxtəlif işgüzar dairələrinin nümayəndələrinin iştirakı gözlənilir.

Forumun gedişində "Regionlararası iqtisadi əməkdaşlığın inkişafı", "Təhsil sahəsində inteqrasiya proseslərinin inkişafı", "Rusiya və Azərbaycanın aqrosənaye kompleksinə iqtisadi inteqrasiyası", "Ulyanovsk vilayətinin iqtisadi və investisiya potensialının təqdimatı" və s.kimi mövzularda seminar və dəyirmi masaların keçiriləcəyi planlaşdırılır.

Forumun gedişində "Ümumrusiya sərgi mərkəzi" Dövlət Səhmdar Cəmiyyəti ilə Azərbaycan-Rusiya işgüzar tərəfdaşlığının sərgi-yarmarka fəaliyyəti sahəsində əməkdaşlıq barədə razılaşma"nın imzalanacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti