...

Milli Məclisin sədri Slovakiyanın ölkəmizdəki səfirini qəbul edib

Siyasət Materials 15 Fevral 2006 20:43 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov fevralın 15-də Slovakiya Respublikasının ölkəmizə yeni təyin olunan səfiri Avqustin Çizar ilə görüşüb. Trend xəbər verir ki, görüşdə dövlətlərarası əlaqələrin gələcək perspektivləri müzakirə olunub.

Parlamentin spikeri ölkələrimiz arasındakı əlaqələrin tarixindən danışıb, bu əlaqələrin inkişafında dövlət başçılarının rolunu xüsusi vurğulayıb.

Səfir təmsil etdiyi ölkə parlamentinin rəhbəri və öz adından O.Əsədovu Milli Məclisin sədri seçilməsi münasibətilə təbrik edib. Diplomat qeyd edib ki, prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri münasibətlərin hərtərəfli inkişafında yeni mərhələ açıb.

Xəbər lenti

Xəbər lenti