...

Gəncə Qaz İstismar idarəsi reydlərə start verib

Siyasət Materials 18 Fevral 2006 12:49 (UTC +04:00)

Fevral ayının 18-də səhər saatlarından etibarən Gəncə şəhər Qaz İstismar İdarəsi növbəti reydlərinə başlayıb. Məqsəd şəhər üzrə qaz pulunu ödəməyən abunəçilərin mənzillərinə verilən qazın dayandırılmasıdır. Artıq şəhərin 1 may, Rəfibəyli və Şıxlinski küçələrində 600-ə yaxın abunəçinin qaz boruları mərkəzi xəttdən ayrılıb. İdarənin baş mühəndisi Cavad Məmmədov Trend in qərb bürosuna bildirib ki, bu günə qədər yuxarıda adı çəkilən küçələrə qaz yüksək təzyiqlə verilib. Amma küçə sakinlərinə aylarla toplanan borcları barədə dəfələrlə bildirişlər göndərilsə də onlar qaz pulunu ödəməkdən imtina edib. C.Məmmədov onu da əlavə edib ki, belə reydlər fevral ayının sonuna kimi davam edəcək.

Xəbər lenti

Xəbər lenti