...

7 ölkənin aktiv gəncləri Stokholmda konfrans keçirib

Siyasət Materials 20 Fevral 2006 17:31 (UTC +04:00)

İsveçin paytaxtı Stokholmda 7 ölkənin gənclərinin birgə konfransı keçirilib. Bu barədə Trend ə "İrəli" Ümumrespublika Gənclər Hərəkatının təsisçisi Fərhad Məmmədov bildirib.

İsveç, Moldova, Ukrayna, Rusiya, Belorus və Ermənistanın aktiv gənclərinin qatıldığı konfransda Azərbaycanı adıçəkilən hərəkatın üzvü Anar Rzayev təmsil edib. Konfransda gələcəkdə bu ölkələrin gənclərinin bir-biri ilə əməkdaşlığı məsələləri müzakirə olunub, hər bir ölkə öz təcrübəsi ilə bölüşüb.

F.Məmmədov onu da bildirib ki, Azərbaycanın nümayəndəsi dövlətin gənclərə qayğısı, gənclərin ölkəmizin ictimai həyatında fəallığının artması və digər məsələləri konfrans iştirakçılarının nəzərinə çatdırıb: "Ermənistan gəncləri ilə əməkdaşlığın isə yalnız Dağlıq Qarabağ probleminin həllindən sonra mümkün olduğu bildirilib. Qeyd olunub ki, Ermənistanın təmsil olunacağı hər hansı bir tədbirdə Azərbaycan təmsil olunmayacaq".

Tədbir çərçivəsində İsveç gənclər təşkilatları, Avropa Gənclər Forumu, o cümlədən İsveç Gənclər Şurasının nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib.

Konfrans fevralın 12-dən 19-dək keçirilib.

Xəbər lenti

Xəbər lenti