...

Məşvərət Məclisinə daxil olan 7 partiya vahid partiyada birləşə bilər

Siyasət Materials 22 Fevral 2006 13:01 (UTC +04:00)

Prezident İlham Əliyevin liderliyini qəbul edib Məşvərət Məclisinə (MM) daxil olan bəzi partiyalar vahid partiyada birləşə bilər. Bu barədə Trend ə adıçəkilən qurumun sədri, Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə bildirib.

M.Əlizadə qeyd edib ki, bu təklif Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov tərəfindən irəli sürülüb. Təklifin Məşvərət Məclisinə daxil olan 6-7 partiya sədri arasında müzakirə edilib bəyənildiyini deyən M.Əlizadə bəzi məsələlərin "Siyasi partiyalar haqqında" qanuna ediləcək dəyişikliklərdən sonra həll olunacağını bildirib. MM sədri onu da qeyd edib ki, bu birləşmə zamanın tələbidir.

"Ana Vətən Partiyasının bu birləşmədən kənarda qalmasının tərəfdarıyam" - deyən M.Əlizadə fikrini belə izah edib: "Bu partiya bizə nisbətən çoxdan yaranıb. Təcrübəsi, öz tarixi fəaliyyət prinsipi, ideologiyası var. Ancaq elə partiyalar var ki, siyasi arenaya bir neçə il bundan öncə qədəm qoyub. Həmin partiyaların vahid mərkəzdə fəaliyyətinə zərurət var". Vahid partiyanın ad məsələsinə gəlincə isə M.Əlizadə bir neçə variant üzərində məsləhətləşmələr aparıldığını söyləyib.

Xəbər lenti

Xəbər lenti