...

Azərbaycan hökuməti Qarsdakı Baş Konsulluq üçün ərazi alır

Siyasət Materials 7 Mart 2006 18:32 (UTC +04:00)

Azərbaycan hökuməti Qars şəhərindəki Baş Konsulluq üçün bina ayrılması barədə Türkiyə tərəfi ilə ilkin razılıq əldə edib. Bunu "Trendə" Azərbaycanın Qarsdaki baş konsulu Həsən Zeynalov bildirib.

Razılaşmaya əsasən, Baş Konsulluq üçün şəhərin mərkəzi hissəsində yerləşən ərazi alınacaq. Bu ərazi Qarsın tarixi binalarından biri - 1921-ci ildə Qars müqaviləsinin bağlandığı, hazırda isə şəhər valisinin iqamətgahı kimi istifadə olunan binanın yaxınlığında yerləşir.

H.Zeynalov bildirib ki, Türkiyə Səhiyyə Nazirliyinin balansında olan həmin bina uzun illərdir ki, baxımsız vəziyyətdə olduğundan burada əsaslı təmir və bərpa işləri aparılmalıdır. O deyib ki, yaxın günlərdə binanın alınması prosesi tam rəsmiləşdiriləcək.

Xatırladaq ki, Azərbaycanın Qars Baş Konsulluğu 2004-cü ilin sentyabrından fəaliyyət göstərir və o vaxtdan şəhərin Dostluq küçəsində yerləşən və yerli iş adamlarından birinə məxsus olan şəxsi villalardan biri ofis kimi istifadə olunur. İlk dövrlərdə rəsmi Bakı Demokratik Cumhuriyyət dövründə Azərbaycanın Baş Konsulluğunun fəaliyyət göstərdiyi binanı almaq istəsə də, həmin bina hazırda şəxsi mülkiyyət olduğundan bu ideyanı reallaşdırmaq mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti