...

Azərbaycan xarici işlər nazirinin müavini Xəzərin statusuna həsr olunmuş Moskva görüşündə iştirak edəcək

Siyasət Materials 13 Mart 2006 14:02 (UTC +04:00)

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə xüsusi işçi qrupunun 20-ci iclasında iştirak edəcək. Azərbaycan XİN-dən Trend ə verilən məlumata görə, görüş martın 14-15-də keçiriləcək.

Məsləhətləşmələr zamanı yüksək vəzifəli ekspert nümayəndə heyəti Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya layihəsinin razılaşdırılması prosesini davam etdirəcək. Sənəddə Xəzərin təbii ehtiyatlarının, ilk növbədə, neft və qazın istismarı, gəmiçilik, balıqçılıq və ekologiya problemləri ilə bağlı məsələlər öz əksini tapıb.

Moskva görüşündə 5 Xəzəryanı dövlətin - Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstanın xarici işlər nazirlərinin müavinlərinin iştirakı gözlənilir.

Xəzər dənizinin statusunun müəyyən edilməsi üzrə İşçi Qrupu 9 il əvvəl 5 ölkənin xarici işlər nazirlərinin qərarı ilə yaradılıb. Tərəflər arasında sonuncu məsləhətləşmələr Astanada keçirilib.

Xəbər lenti

Xəbər lenti