...

İlham Əliyev Litva prezidentinin müşavirini və Çexiya parlamentinin üzvünü qəbul edib

Siyasət Materials 15 Mart 2006 19:34 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 15-də Litva prezidentinin müşaviri xanım Halina Koveskayteni qəbul edib. Trend xəbər verir ki, görüş zamanı Azərbaycanla Litva arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan diasporunun Litvanın iqtisadi və ictimai həyatında fəal iştirak etdiyi bildirilib.

Dövlət başçısı həmin gün Prezident sarayında Çexiya və Avropa parlamentlərinin üzvü Jan Brezinanı də qəbul edib. Görüşdə Azərbaycan ilə Çexiya arasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti