...

MDB PA-nın sosial siyasət və insan hüquqları daimi komissiyasının iclası keçiriləcək

Siyasət Materials 27 Mart 2006 11:36 (UTC +04:00)

Martın 28-29-da Kişinyovda MDB Parlamentlərarası Assambleyasının sosial siyasət və insan hüquqları daimi komissiyasının iclası keçiriləcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

İclası komissiyanın rəhbəri, Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə aparacaq. Tədbirdə MDB iştirakçısı olan dövlətlərdə miqrasiya proseslərinin tənzimlənməsi, qeyri-qanuni miqrasiyanın qarşısınının alınması sahəsində əməkdaşlıq, komissiyanın təşəbbüsü ilə Assambleyanın qəbul etdiyi model qanunlardan istifadə olunması, insan ticarəti ilə mübarizə və digər məsələlər müzakirə olunacaq.

A.Rəhimzadə MDB Parlamentlərarası Assambleyasının sosial siyasət və insan hüquqları daimi komissiyasının sədri kimi komissiyanın gündəliyi və növbəti iclası barədə məruzə edəcək.

Xəbər lenti

Xəbər lenti