...

Səfər Əbiyev: "Cəbhə xəttində nə qədər atəşkəs pozulursa, bir o qədər də vəziyyət gərginləşir"

Siyasət Materials 31 Mart 2006 11:32 (UTC +04:00)
Səfər Əbiyev: "Cəbhə xəttində nə qədər atəşkəs pozulursa, bir o qədər də vəziyyət gərginləşir"

Cəbhə xəttində nə qədər atəşkəs pozulursa, bir o qədər də vəziyyət gərginləşir. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev məlumat verib.

Nazir təəsüflə qeyd edib ki, son vaxtlar Ermənistan ordusunun cəbhə xəttində tez-tez atəşkəsi pozması Azərbaycan ordusunun itkilər verməsinə səbəb olur. "Atəşkəsin pozulması adi hala çevrilib. Martın 30-da atəşkəsin pozulması nəticəsində daha bir əsgərimiz həlak olub" - deyə S.Əbiyev qeyd edib.

Nazir atəşkəsin intensiv pozulmasının hansı nəticələr verəcəyinə belə münasibət bildirib: "Bunu biz bilirik və Ali Baş komandan bilir".

Səfər Əbiyev orduda əsgərlərə qarşı zorakılıq hallarının baş verməsi barədə yayılan söz-sözbətlərə də aydıynlıq gətirib. "Azərbaycan ordusunda dedovşina problemi yoxdur" - deyə o söyləyib.

Xəbər lenti

Xəbər lenti