...

Nizami Cəfərov: Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun Türkiyəyə səfəri may ayına planlaşdırılır

Siyasət Materials 3 Aprel 2006 19:18 (UTC +04:00)

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun Türkiyəyə səfəri may ayına planlaşdırılır. Bu barədə Trend ə Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun rəhbəri, millət vəkili Nizami Cəfərov məlumat verib. O, bildirib ki, bu səfərlə bağlı Türkiyənin Böyük Millət Məclisi ilə danışıqlar aparılır. N.Cəfərovun sözlərinə görə, danışıqların nəticəsindən asılı olaraq Azərbaycan nümayəndə heyətinin Türkiyəyə deyil, əksinə Türkiyə parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edə bilər.

"May ayına planlaşdırılan səfərdə əsas məqsəd Azərbaycanla Türkiyənin müxtəlif sahələr üzrə qanun yaradıcılığında əməkdaşlığı məsələsini müzakirə etməkdir. Biz Türkyənin Böyük Millət Məclisinin hansı qanunları qəbul etməsi, qanun yaradılğıcılığı texnologiyalarını, üslublarını öyrənmək niyyətindəyik. Həmçinin parlamentlər arasındakı qarşılıqlı münasibətlərdə çatışmazlıqları, qanunlarımızın üslub və texnologiyaları arasında oxşar və fərqli cəhətləri araşdırmaq, xüsusilə mədəniyyət qanunlarını əlaqələndirmək istəyirik. Eyni zamaenda türk dövlətlərinin Parlament Assambleyasının yaradılması məsələsini də müzakirə edəcəyik"-deyə N.Cəfərov bildirib.

Xəbər lenti

Xəbər lenti