Azərbaycanın Təhsil Nazirliyi "Müstəqil Azərbaycan" universitetinin məzunlarına diplom verməyəcək. Çünki məzunların əksəriyyəti orada qeyri-qanuni təhsil alır. Trend in verdiyi məlumata görə, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov aprelin 5-də Təhsil Nazirliyndə keçirilən mətbuat konfransında bəyan edib.
Nazirin sözlərinə görə, artıq bir neçə ildən bəridir ki, universitet qanunsuz tələbə qəbulu keçirir. Belə ki, bu tədris ilində Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə universitetə 120 abituriyent qəbul olunub. Nazirin sözlərinə görə, lakin daha 1700-ə yaxın abituriyent qanunsuz yolla qəbul edilib. Nazirlik dəfələrlə universitetin rektorluğuna öz mənfi mövqeyini ifadə etsə də, lakin buna heç bir əhəmiyyət verilməyib.
Nazir bu universitetin bütün tələbələrinin valideynlərinə müraciət edərək bir daha onları nazirliyin bu universitetin fəaliyyətini qanusuz hesab etməsi barədə xəbərdarlıq edib.