...

Samir Şərifov: EİTİ təşəbbüsündə şirkətlərin siahısı genişlənəcək

Siyasət Materials 5 Aprel 2006 16:43 (UTC +04:00)

Mədən sənayesinin şəffaflıq təşəbbüsünə Azərbaycanın qızılçıxarma sənayesinə cəlb olunmuş şirkətlərin qoşulması gözlənilir. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Azərbaycan Dövltə Neft Fondunun icraçı direktoru, EİTİ üzrə Dövlət Komissiyasının rəhbəri Samir Şərifov məlumat verib.

Onun sözlərinə görə, bu gün təşəbbüsə neft-qaz sahəsində fəaliyyət göstərən 22 şirkət qoşulub. Neft-qaz sahəsindən cəmi iki şirkət təşəbbüsə qoşulmayıb ki, bu da həmin prosesə təsir etmir. Bundan başqa, bu şirkətlər ABƏŞ konsorsiumunun üzvüdür və şirkətin təqdim etdiyi məlumatlarda bu şirkətlərdən tutulmalar haqqında ümumi məlumat var.

Bu gün neft-qaz şirkətləri tərəfindən daxilolmalara dair hökumətin 3 hesabatı açıqlanıb.

Xəbər lenti

Xəbər lenti