Türkiyənin xarici işlər naziri Abdulla Gülün İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri XİN başçılarının Bakıda keçiriləcək görüşündə iştirakı ilə bağlı məsələ hələlik açıq qalır.
Bu barədə Trend ə Türkiyə XİN-in mətbuat xidmətindən məlumat verilib.
"A.Gülün səhhəti ilə bağlı müəyyən problemləri var və həkimlər ona uçuşlar etməyi müvəqqəti olaraq qadağan edib. Ancaq bu o demək deyil ki, Ankara görüşdə təmsil olunmayacaq", - deyə Türkiyə XİN-dən qeyd olunub.
"Görüşlə bağlı hazırlıq davam etdirilir və A.Gülün səhhəti imkan verərsə, o, Bakıya gələcək. Əks təqdirdə Türkiyə XİN-ni başqası təmsil edəcək", deyə mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, XİN başçılarının görüşü İƏT ölkələri başçılarının sammiti ərəfəsində, mayın 4-5-də Azərbaycanda keçiriləcək.
Qeyd edək ki, A.Gül əməliyyat olunub və həkimlər ona uçuşlar etməyi qadağan edib.