...

Milli Qeyri Hökumət Təşkilatları Forumunun VI qurultayı öz işinə başlayıb

Siyasət Materials 26 Aprel 2006 11:49 (UTC +04:00)
Milli Qeyri Hökumət Təşkilatları Forumunun VI qurultayı öz işinə başlayıb

Aprelin 26-da Milli Qeyri Hökumət Təşkilatları Forumunun (MQF) VI qurultayı öz işinə başlayıb. Trend in məlumatına görə, Musiqili Komediya Teatrında keçirilən qurultayda dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, MQF üzvləri, KİV təmsilçiləri və başqa qonaqlar iştirak ediblər.

Qurultayda əvvəlcə say komissiyası və beynəlxalq təşkilatların nümayəndələrindən ibarət müşahidə qurupu yaradılıb. 5 nəfərdən ibarət qurultayın sədarəti seçilib. Sonra 3 nəfərdən ibarət katiblik, 5 nəfərlik redaksiya komissiyası, 5 nəfərlik mandat komissiyası seçilib, gündəlik təsdiqlənib. QHT forumu və qurultayı tarixində ilk dəfə olaraq Azərbaycan prezidenti qurultaya öz təbrikini göndərib. Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov prezident İ.Əliyevin təbrik məktubunu oxuyub. Prezident məktubunda milli QHT-ləri qurultay münasibətilə təbrik edib, onların cəmiyyətin tərəqqisinə yönəlmiş tədbirlər gördüklərini, layihələr həyata keçirdiklərini, ölkənin daxili həyatında mühüm rol oynadıqlarını qeyd edib.

Sonra baş nazirin müavini, Qaçqın və məcburi köçkünlər ilə iş üzrə Dövlət komitəsinin sədri Əli Həsənov çıxış edərək, milli QHT-lərin Azərbaycanın müstəqillik tarixinin yol yoldaşı olduğunu deyib. O bildirib ki, qaçın və məcburi köçkünlərlə bağlı 100-ə qədər QHT var və onlarda 2700-ə qədər adam çalışır ki, bunların da 576 nəfəri milli kadrlardır. Ə.Həsənov MQF-nin də bu sahədə xüsusi rol oynadığını bildirib. Əlavə edib ki, Azərbaycan hökuməti QHT-lərin fəaliyyəti üçün bütün lazımi şəraiti, hüquqi bazanı yaradıb, hümanitar sahədə çalışan QHT-ləri sosial sığorta rüsumlarından azad edib.

Milli Məclisin spiker müavini Bahar Muradova çıxış edərək ali qanunverici orqanın ölkədə QHT sektoruna böyük diqqət ayırdığını, həmçinin MQF-nin də daim parlamentlə əməkdlaşlıq etdiyini, müxtəlif sahələrə dair qanunlarla bağlı təkliflər, layihələr verdiyini deyib. B.Muradova deyib ki, Milli Məclis bundan sonra da QHT sektoruna dair yeni qanunların qəbuluna diqqət yönəldəcək.

Sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edib, III sektorun inkişafına yardım məqsədilə yaradılmış gənclər təşkilatlarının MQF-də təmsil olunduğunu deyib. O qeyd edib ki, bu gənclər təşkilatları cəmiyyətdəki müxtəlif problemlərin həlli işində fəal iştirak edirlər.

Təbrik və sıxışlardan sonraMQF-nın prezidenti Azay Quliyev forumun fəaliyyətinə dair hesabat verib. Həmçinin MQF-nın idarə heyəti və nəzarət-təftiş komissiyasının hesabatları dinlənilib. Qurultay saat 18.00-a qədər davam edəcək.

Xəbər lenti

Xəbər lenti