...

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi mitinq keçirməklə bağlı Bakı meriyasına məktub göndərib

Siyasət Materials 27 Aprel 2006 13:53 (UTC +04:00)

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi (MSƏM) mayın 6-da mitinq keçirməklə bağlı aprelin 27-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu barədə Trend ə MSƏM-də təmsil olan Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirb.

İ.Ağazadə qeyd edib ki, məktubda bir neçə marşrut göstərilib: "Aşıq Ələsgər adına Mədəniyyət Sarayının qarşısından Xocalı soyqrımı abidəsinə qədər, "Nizami" metrostansiyasından "Füzulu" meydanına və "20 yanvar" metrostansiyasından "Qələbə" meydanınadək yürüşün marşrutu göstərilib".

Millət vəkili onu da vurğulayıb ki, mitinqə 5 min insanın çıxarılması planlaşdırılıb.

Qeyd edək ki, MSƏM-də Ayaz Rüstəmovun sədr əvəzi olduğu Azərbaycan Milli İstiqlal Partiyası, İsgəndər Həmidovun sədri olduğu Milli Demokrat Partiyası, Çingiz Dəmiroğlunun rəhbərlik etdiyi Tərəqqi Partiyası, Fərəc Quliyevin lideri olduğu Milli Dirçəliş Hərəkatı və Ümid Partiyası təmsil olunur. MSƏM-nin mayın 6-a planlaşdırdığı mitinqdə AMİP iştirak etməyəcək.

Xəbər lenti

Xəbər lenti