...

İlham Əliyev: Amerika-İran böhranının qeyri-sülh yolu ilə həlli variantının seçilməsi regional fəlakətə səbəb ola bilər

Siyasət Materials 5 May 2006 19:05 (UTC +04:00)

Biz Amerika-İran böhranının sülh yolu ilə həllinə ümid etməkdə davam edirik. Trend in xəbər verdiyi kimi, bu bardə Amerikanın "US News & World Report" jurnalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.

Prezidentin sözlərinə görə, başqa seçim regional fəlakətə səbəb ola, əməkdaşlıq və inkişafla bağlı bütün müsbət tendensiya və perspektivlərə zərbə vura bilər.

Dövlət başçısı qeyd edib ki, artıq 10 ildən çoxdur ki, Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunmasına və aparılan danışıqların heç bir nəticə verməməsinə baxmayaraq, qərb ölkələri daim münaqişənin sülh yolu ilə həllini tövsiyə edir. Buna görə də biz hesab edirik ki, bu məsələdə səbirli olmaq, sülh yolundan istifadə etmək və diplomatik səy göstərmək lazımdır", - deyə İlham Əliyev qeyd edib.

Qeyd edək ki, dövlət başçısı bu müsahibəni aprelin sonunda Amerikaya rəsmi səfəri zamanı verib.

Xəbər lenti

Xəbər lenti