...

Daxili İşlər naziri Böyük Vətən Müharibəsi veteranları ilə görüşüb

Siyasət Materials 8 May 2006 17:31 (UTC +04:00)

Mayın 8-də Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov faşizm üzərində qələbənin 61-ci idönümü münasibətilə Böyük Vətən Müharibəsi veteranları ilə görüşüb. Bu barədə Trend ə DİN Veteranlar Şurasının sədri Bəylər Hüseynov məlumat verib.

Nazir veteranları təbrik edərək bildirib ki, tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının böyük rolu olub. Həmvətənlərimiz istər ön cəbhədə, istərsə də arxada misilsiz döyüş və əmək rəşadətləri göstəriblər. Azərbaycanda yaradılan milli diviziyalar şərəfli döyüş yolu keçib, bir çoxları Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

R.Usubov veteranlara dövlət qayğısından söhbət açaraq qeyd edib ki, bu işdə ümummilli lider Heydər Əliyevin misilsiz ximətləri olub. 9 may Qələbə gününün müstəqil Azərbaycanda dövlət bayramı kimi qeyd olunması məhz onun qəbul etdiyi müdrik qərarın nəticəsidir.

Nazir veteranların şəxsi hünərinin və Azərbaycan milli diviziyalarının canlı tarixinin bugünkü gəncliyin hərbi vətənpərvərlik tərbiyəsində böyük rol oynadığını xüsusi vurğulayıb.

Müharibə, əmək və Silahlı Qüvvələr Ieteranları Şurasının sədri Baloğlan Rüstəmov görüşdə çıxış edərək, veteranlar adından onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildiriö.

Görüşün sonunda veteranlara hədiyyələr təqdim olunub.

Xəbər lenti

Xəbər lenti