...

Heydər Əliyevə həsr olunmuş yeni kitablar Ədliyyə Nazirliyindəki Heydər Əliyev Muzeyinə təqdim olunub

Siyasət Materials 10 May 2006 16:37 (UTC +04:00)

Mayın 10-da Azərbaycanın mərhum prezidenti Heydər Əliyev haqqında nəşr olunmuş yeni kitablar milli öndərin anadan olmasının 83-cü ildönümü münasibətilə Ədliyyə Nazirliyindəki Heydən Əliyev Muzeyinə təqdim olunub. Trend in xəbərinə görə, bu barədə Azərbaycanın Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İldönümü münasibətilə Nazirlikdə keçirilmiş geniş tədbirdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov mərhum prezidentin möhtəşəm, çoxşaxəli fəaliyyəti, müasir Azərbaycan dövlətçiliyinin təşəkkülü və möhkəmlənməsində əvəzsiz rolu barədə danışıb. O, ümummilli liderin müəyyənləşdirdiyi strateji inkişaf kursunun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Tədbirdə çıxış edən millət vəkili Aydın Mirzəzadə və digər natiqlər XX əsrin tarixi simaları sırasında ən şərəfli yerlərdən birini tutan Heydər Əliyevin xeyirxah əməllərini, xalqımız qarşısında xilaskar və quruculuq missiyasını xüsusi vurğulayıblar.

Tədbirin sonunda H.Əliyevin həyat və fəaliyyətini əks etdirən filmlər nüumayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti