...

Mixail Maçavariani: Heydər Əliyev Azərbaycanla Gürcüstan arasında dostluğun təşəbbüskarı idi

Siyasət Materials 11 May 2006 13:35 (UTC +04:00)

Heydər Əliyev təkcə Azərbaycanın lideri deyildi. O, həm də Azərbaycanla Gürcüstan arasında dostluğun təşəbbüskarı idi. Bu barədə Trend in Gürcüstandakı xüsusi müxbirinə Gürcüstan parlamentinin vitse-spikeri Mixail Maçavariani bildirib.

"Böyük siyasətçinin başladığı layihə artıq çoxdan regional əhəmiyyət çərçivəsindən kənara çıxıb. Bakı-Tbilisi-Ceyhan artıq dünya əhəmiyyətli layihədir",-deyə M.Maçavariani bildirib.

Gürcüstanın xarici işlər nazirinin birinci müavini Valeri Çeçelaşvili də Trend in xüsusi müxbiri ilə söhbətində Heydər Əliyevi ötən əsrin "böyük siyasətçisi" adlandırıb. Onun sözlərinə görə, Gürcüstanda H.Əliyevin rolunu qiymətləndirir, xatirəsini anırlar.

Gürcüstan parlamentinin deputatı Kamal Muradxanov H.Əliyevi bütün dünya azərbaycanlılarının lideri adlandırıb. Trend in müxbiri ilə söhbətində o bildirib ki, iki ölkə arasındakı dostluğun daşını məhz H.Əliyev qoyub.

Xatırladaq ki, Gürcüstanın Milli Muzeyində Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən bu gün H.Əliyevin xatirəsinə həsr olunmuş foto-sərgi açılıb. Mərasimdə Gürcüstan hökumətinin nümayəndələri, incəsənət xadimləri, Azərbaycan diasporunun nümayəndələri iştirak edib. Sərgidə Heydər Əliyevin həyat yolunu və fəaliyyətini işıqlandıran 40-dan artıq fotoşəkil nümayiş olunub.

Sərgidə "Həyat və tale və ya prezidentin qeyri-rəsmi portreti" sənədli filmi də nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti