...

Azərbaycanın Belarusda səfiri təyin edilib

Siyasət Materials 15 May 2006 18:48 (UTC +04:00)

Əli Teymur oğlu Nağıyev Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Trend in verdiyi məlumata görə, bu barədə müvafiq sərəncam mayın 15-də Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanıb.

Digər sərəncamla Ə.Nağıyevə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.

Qeyd edək ki, Əli Nağıyev 2006-cı il fevralın 7-nə kimi Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini icra edib.

Xəbər lenti

Xəbər lenti