...

Beynəlxalq konfransın yekun sənədinə Azərbaycan və Qarabağ münaqişəsi barədə xüsusi bölmələr salınıb

Siyasət Materials 17 May 2006 16:57 (UTC +04:00)
Beynəlxalq konfransın yekun sənədinə Azərbaycan və Qarabağ münaqişəsi barədə xüsusi bölmələr salınıb

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin müdaxiləsindən sonra ölkəmizlə bağlı məsələlər sənədə əlavə edilib

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bu günlərdə Avropadan səfərdən qayıdıb. O, əvvəlcə Litvanın paytaxtı Iilnüsdə keçirilən "Ümumi qonşuluğa ümumi baxış" adlı beynəlxalq konfransda, həmçinin Baltik, Qara dəniz, Avropa İttifaqı və NATO ölkələrinin dövlət və hökumət rəhbərlərinin, xarici işlər nazirlərinin "Iilnüs-2006" sammiti çərçivəsində keçirilən digər tədbirlərdə iştirak edib. Daha sonra Asim Mollazadə Berlində Almaniyanın Konrad Adenauer Fondunun və Britaniyanın Links təşkilatının təşəbbüsü ilə keçirilən Cənubi Qafqaz Parlament Assambleyasının Təşəbbüsünün görüşündə də iştirak edib. Səfər zamanı o, Avropanın bir sıra liderləri və önəmli dairələrinin nümayəndələri ilə səmərəli görüşlər keçirib.

- Litvada keçirilən beynəlxalq konfransın başlıca məqsədi nə idi və bu tədbirlər nə ilə nəticələndi?

- Konfransın məqsədi Avropa Birliyinin Şərq qonşularının iqtisadi və təhlükəsizlik gündəmini müzakirə etmək və bu ölkələrdə demokratik dəyişikliklərin dərin təhlilini aparmaq idi. Burada Baltik, Qara dəniz, Avropa Birliyi və NATO ölkələrinin vacib siyasi, iqtisadi və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Burada qeyd olundu ki, Baltik, keçmiş SSRİ və Şərqi Avropada yeni yaranmış dövlətlərin inkişaf istiqamətləri müəyyən qədər fərqli olub. Bunlardan bəziləri artıq NATO-nun, Avropa Birliyinin üzvləridir, bəziləri bu qurumlara namizəddir. Bu bölgədə siyasi proseslər bir neçə istiqamətdə cərəyan edir. Məsələn, Ukrayna və Gürcüstanın demokratik seçim ölkələri birliyi yaratmaq təşəbbüsü var. Bu təşəbbüs Litvanın prezidenti tərəfindən də dəstəklənib. GUAM təşkilatı formalaşır, onun inkişafı və strukturlaşması istiqamətində müəyyən addımlar atılır. Eyni zamanda bu bölgədə bir sıra proseslər Rusiyanın təzyiqləri, siyasi qısqanclıqları müstəvisində gedir, nəticədə enerji amili də bir təzyiq vasitəsinə çevrilir. Son illərdə təhlükəsizlik istiqamətində olan problemlər konfrans iştirakçılarını vadar etdi ki, çox geniş bir auditoriyanı toplayaraq bu istiqamətdə dövlətlərin, beynəlxalq təşkilatların mövqeyini öyrənsinlər.

Dünyanın nüfuzlu ölkələrinin təmsilçilərinin, o cümlədən, ABŞ-ın vitse-prezidentinin, NATO və Avropa Birliyinin beynəlxalq siyasət və təhlükəsizlik üzrə müvəkkili Xavyer Solananın, Baltik, Cənubi və Şərqi Avropa ölkələrinin prezidentlərinin, Belçika və Almaniyanın vitse-premyerlərinin, NATO-nun, AB-nin təmsilçilərinin iştirakı ilə böyük beynəlxalq konfrans keçirildi. Əvvəlcə siyasi və qeyri-hökumət təşkilatlarının iştirakı ilə forum oldu. Bu forumda sonrakı gün nəzərdə tutulan dövlət və hökumət başçılarının sammitinə müvafiq sənəd hazırlanmışdı.

İkinci konfrans isə ABŞ-ın və təqribən səkkiz ölkənin liderlərinin iştirakı ilə keçirildi. Biz konfransda səslənən fikirləri dinlədik, baxışlarla tanış olduq. Qeyd edim ki, bu konfransda Azərbaycanın baş naziri Artur Rəsizadə də iştirak edirdi. O, Dağlıq Qarabağ problemindən, təcavüzün ölkəmizin iqtisadi inkişafına, enerji təhlükəsizliyinə və regional proseslərə mənfi təsirindən danışdı. Onun çıxışının effektiv olduğunu görən Ermənistanın xarici işlər naziri Iardan Oskanyan da çox gülünc səslənən cavab çıxışı etdi. O özünün isterik və qorxu içində olan çıxışı zamanı Azərbaycan tərəfindən guya Ermənistana qarşı hərbi hücum gözlənildiyini bildirdi.

- Konfransda Azərbaycanla bağlı hər hansı fikirlər səsləndirildimi və ölkəmizin adı yekun sənədlərdə öz əksini tapdımı?

- Mən müvafiq sənədlərlə tanış olandan sonra forumda çıxış etdim. Diqqətimi hazırlanan sənəddə Azərbaycanla bağlı heç bir məsələnin göstərilməməsi cəlb etmişdi. Sənədin münaqişələrin həllinə həsr olunmuş bəndlərində də Dnestryanı, Abxaziya, Osetiya münaqişələrinə toxunulsa da, Qarabağ əksini tapmamışdı. Çıxışımda son vaxtlar bölgədə yaranmış ən perspektivli qurumun GUAM olduğunu qeyd etdim. Təklif etdim ki, sənədə Avroatlantik məkana inteqrasiya edən demokratik seçim ölkələri, Qara dəniz, Baltik dövlətləri ilə yanaşı GUAM təşkilatı da daxil edilsin. Çıxışımda Qarabağ münaqişəsinə də münasibətimi bildirdim. Qeyd etdim ki, Qarabağ münaqişəsi böyük bir bölgənin inkişafı üçün əsas maneədir. Çünki bu münaqişə istənilən zaman bölgədə sabitliyi pozmağa, təhlükəsizliyə əngəl yaratmağa yönəlib. Mənim təklifimdən sonra Dağlıq Qarabağ münaqişəsi və onun həllində Avroatlantik sistem ölkələrinin fəal iştirakı müvafiq sənədə salındı. Mən bizim bölgədəki proseslər, yeni yaranmış dövlətlərdə təhlükəsizlik, demokratiyanın ink
işafı, insan haqlarının müdafiəsi, sosial problemlərin həlli və enerji təhlükəsizliyi məsələləri ilə bağlı fikirlərimi bildirdim. Azərbaycanın ümumi proseslərdəki, xüsusilə regionun enerji təhlükəsizliyi məsələsindəki rolunu, "İpək Yolu", TRASEKA layihələri ilə bağlı önəmini, burada böyük iqtisadi potensialın olmasını vurğuladım. Ölkəmizdə iqtisadi potensialla yanaşı çox qiymətli olan insan faktorunu, Azərbaycanın öz mədəniyyəti ilə türk-islam dünyasındakı rolunu vurğuladım. Həmçinin Xəzər hövzəsi ölkələrinin Avropa üçün əhəmiyyətini konfrans iştirakçılarının diqqətinə çatdırdım. Mənim həm Qarabağla, həm GUAM-la, həm də Belorusiyadakı məsələlərlə bağlı təkliflərim müvafiq sənədlərə daxil edildi.

- Litvada olarkən önəmli simalardan kimlərlə görüşdünüz?

- Konfrans zamanı bizə iştirakçılarla fikir mübadiləsi aparmaq imkanı yaradılmışdı. Mən Litvanın prezidenti cənab Ialdas Adamkusla görüşdüm. Ialdas Adamkusla GUAM, Cənubi Qafqaz, Azərbaycanla bağlı danışdıq. Söhbət zamanı Adamkus Azərbaycana müsbət münasibət bəslədiyini və ölkəmizin perspektivinin çox böyük olduğunu ifadə etdi. İyun ayında onun Azərbaycana səfəri gözlənilir və o, bu səfərdən də çox şey gözlədiyini ifadə etdi. Bu konfransda Rusiyanın dövlət təmsilçiləri yox idi. Rusiyanı keçmiş prezidentin iqtisadi məsələlər üzrə müşaviri Andrey İllarionov təmsil edirdi. Bizim onunla söhbətimiz oldu və gələcək əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Litvanın, Polşanın, Latviyanın, Gürcüstanın, Şərqi və Mərkəzi Avropanın digər ölkələrinin, Avropa təşkilatlarının rəsmiləri ilə də səməri görüşlər keçirdim. Burada həmçinin Almaniya Bündestaqının təmsilçisi və Fridrix Naumann Fondunun yeni prezidenti Iolfqanq Herhardtla, digər bir sıra alman və Avropa fondlarının təmsilçiləri ilə görüşüm oldu. Iilnüsdəki konfr

ans zamanı vitse-prezident Riçard Çeyni ilə yanaşı ABŞ-dan böyük bir heyət də gəlmişdi. Bu heyətin tərkibində dövlət katibinin müavini Dan Frid də vardı və mənim onunla görüşüm oldu. Biz Azərbaycan-Amerika münasibətləri barədə fikir mübadiləsi apardıq. Burada Belorusiya müxalifətinin nümayəndələri ilə də görüşdüm və seçkidən sonra ölkədə yaranmış vəziyyətlə tanış oldum.

- Avropa liderləri bölgədə gələcək əməkdaşlıq perspektivlərini hansı istiqamətlərdə görürlər?

- Bu konfransda bir sıra dövlət başçılarının öz ölkələrinin strateji inkişafı ilə bağlı fikirlərini, beynəlxalq təşkilatların öz baxışlarını ifadə etməsini mühüm hadisə kimi qiymətləndirirəm. Burada bir məqam xüsusilə diqqəti cəlb etdi. Avropa liderlərindən biri öz çıxışında zarafatla dedi ki, "Soruşurlar ki, Ukrayna Avropa Birliyinin üzvü ola bilərmi? Avropadan cavab gəlir ki, bəli, ola bilər, Türkiyədən sonra. İkinci sual belə olur ki, bəs Türkiyə haçan Avropa Birliyinin üzvü olacaq? Cavab verirlər ki, heç vaxt". Bunu nəzərə alaraq mən öz çıxışımda da qeyd etdim ki, yaxın müddətdə AB-yə üzv ola bilməyən dövlətlərin təhlükəsizlik, enerji təhlükəsizliyi, iqtisadi inkişaf, sosial problemlərin həlli, demokratiya və insan hüquqlarının inkişafı ilə bağlı bir sıra məsələlər bu ölkələrin üzərinə düşür. Bu ölkələrin xalqlarının iradəsi əsasında bu dövlətlər məhz demokratik və sosial yönümlü bazar iqtisadiyyatına malik ola bilərlər.

- Almaniyaya səfəriniz nə ilə bağlı idi?

- Litvadan sonra Berlində Almaniyanın Konrad Adenauer Fondunun və Britaniyanın Links təşkilatının təşkil etdiyi Cənubi Qafqaz Parlament Assambleyasının Təşəbbüsü ilə bağlı görüşə getdik. Eyni zamanda Konrad Adenauerin təşkil etdiyi "Qloballaşmanın Cənubi Qafqaz bölgəsinin siyasi və iqtisadi proseslərinə təsiri" adı altında konfransda iştirak etdik. Ermənistan nümayəndə heyətinin gəlməməsinə görə, Cənubi Qafqaz Parlament Assambleyasının Təşəbbüsünün görüşü baş tutmadı. Ermənistan nümayəndə heyətinin Berlinə gəlməməsinin səbəbi Ermənistan parlamentində cərəyan edən proseslərlə bağlı idi. Azərbaycan, Gürcüstan və Bundestaqın nümayəndələri fikir mübadiləsi apardılar. Qloballaşmaya həsr olunan konfransda Azərbaycan nümayəndə heyəti adından məruzəni mən etdim. Mən qloballaşma proseslərinin Azərbaycanın siyasi həyatına, iqtisadiyyatına təsiri barədə konfrans iştirakçılarını məlumatlandırdım. Azərbaycanın türk, islam dünyası, eyni zamanda regionda mövcud olan ölkələrin enerji təhlükəsizliyi, iqtisadi inkişafı istiqamətindəki missiyasını xüsusilə vurğuladım. Qeyd etdim ki, ölkəmizdə bir sıra sahələrdə zəruri olan islahatlar həyata keçirilərsə, Azərbaycan xalqı qloballaşma prosesində çox ciddi rol oynaya bilər.

Bu konfransın bir hissəsi də qloballaşmanın əsas problemlərinə həsr olunmuşdu. Burada da mən konfransın diqqətini Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji terror faktlarına cəlb etdim. Kəlbəcərdə, Zəngilanda Avropanın unikal meşələrinin qırılmasını ekoloji terror aksiyası kimi qeyd etdim. Avropa təşkilatlarının nümayəndələrinin diqqətini Azərbaycan meşələrindəki ağacların erməni işğalçılarının əli ilə müvafiq Avropa şirkətləri vasitəsilə qırılaraq bazarlara çıxarıldığı faktına yönəltdim. Bildirdim ki, onlar da bu cür ekoloji terrorun qarşısını almaq üçün müvafiq araşdırmalar aparmalıdır. Azərbaycan meşələrinin hansı Avropa şirkətləri vasitəsilə bazara çıxarıldığı araşdırılmalıdır. Ermənistanın qonşu dövlətlərə ekoloji cəhətdən ziyan vurduğunu Metzamor Atom Elektrik Stansiyasının fəaliyyəti ilə də əlaqələndirdim. Qeyd etdim ki, Avropa Birliyinin bütün səylərinə baxmayaraq, ikinci Çernobıl təhlükəsini yaradan bu stansiyanın qapanması istiqamətində heç bir iş aparılmır.

-Almaniyada kimlərlə görüşləriniz oldu?

-Berlində Almaniyanın xarici işlər nazirinin müavini ilə, xarici işlər nazirliyinin müvafiq idarə rəhbərləri ilə görüşlərimiz oldu. Bundestaqda mövcud olan Cənubi Qafqaz Dostluq qrupunun rəhbəri ilə söhbət etdim. Biz Azərbaycan-Almaniya münasibətləri, Cənubi Qafqazda münaqişələrin həllinə Almaniyanın, Avropa Birliyinin göstərə biləcəyi yardımla bağlı ətraflı fikir mübadiləsi apardıq. Almaniyada fəaliyyət göstərən bir sıra QHT-lərin nümayəndələri ilə, eyni zamanda Konrad Adenauer Fondunun rəhbərləri ilə görüşdük.

Xəbər lenti

Xəbər lenti