...

AŞPA-nın payız sessiyasında Rəfael Hüseynovun "Jurnalistika təhsili və təcrübəsinin Avropa meyarları" adlı məruzəsi gündəliyə çıxarılacaq

Siyasət Materials 18 May 2006 17:29 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) okytabrda keçiriləcək payız sessiyasının gündəliyinə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynovun "Jurnalistika təhsili və təcrübəsinin Avropa meyarları" adlı məruzəsi çıxarılacaq. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, professor Rəfael Hüseynov bildirib.

R.Hüseynov bildirib ki, vaxtilə Avropa Şurasında "Avropa jurnalistika universiteti" adlı bir sənəd hazırlayıb: "Onun əsasında AŞPA-nın bürosu qərar qəbul etdi ki, sənədlə bağlı məruzə hazırlanmalıdır. Məruzəçi də mən təyin olundum". R.Hüseynov bildirib ki, məruzənin ilkin varinatı artıq nəşr olunaraq yayılıb. Sənədin adında dəyişiklik edildiyini deyən millət vəkili indi onun "Jurnalistika təhsili və təcrübəsinin Avropa meyarları" adlandığını bildirib.

Millət vəkili bildirib ki, həmin məruzədə Avropada söz azadlığının və jurnalistikanın inkişafı, jurnalistlərin treninqi, xüsusi ilə müstəqilliyini yenicə qazanan ölkələrdə jurnalistlərin daha professional vərdişlərə yiyələnməsi, təhsil alması və maarifləndirilməsi üçün Avropa Şurasının görə biləcəyi geniş fəaliyyət planı haqqında müddəalar əksini tapıb: "Məsələ qurumun elm və təhsil komitəsində müzakirə olunub və payız sessiyasının gündəliyinə çıxarılması ilə bağlı qərar qəbul edilib".

Xəbər lenti

Xəbər lenti